Navigasiya
Xəbərlər
azruen
Unilos
Dillerlərə Aliçılara

Ana səhifə

«UNİLOS» LOKAL TƏMİZLƏYİCİ QURĞULAR

AVTONOM KANALİZASİYA SİSTEMLƏRİ

«PLAST GROUP» şirkəti – çirkab suların dərin  biloji təmizləmə stansiyalarının  istehsalçısı olaraq, hazırda Azərbaycan bazarında  qabaqcıl mövqelərdən birini tutmaqdadır. Məhsullarımız mərkəzi kanalizasiya  şəbəkəsinə  qoşulmaq imkanlarının olmadığı  və yerlərdə yüksək səmərə ilə istifadə üçün nəzərdə tutulmuşlar.

«PLAST GROUP» şirkəti tərəfindən istifadə olunan texnologiyalar ətraf mühitin mühafizəsinə və ölkədə əlverişli ekoloji vəziyyətin qorunub saxlanmasına xidmət edirlər.  İstehsal etdiyimiz məhsullar sözün əsl mənasında çirkab suları təmizləyən ən keyfiyyətli və səmərəli sistemlər sırasına aiddir. Mühəndis ekologiyası sahəsində elmi ideyaların və texnoloji həllərin hazırlanması «PLAST GROUP» şirkətinin fəaliyyət istiqamətlərindən biridir.

«PLAST GROUP» şirkətinin missiyası:

 Çirkab suların təmizlənməsi üzrə nəzərdə tutulmuş yüksək texnoloji, kompakt və avtomatlaşdırılmış avadanlıqların yaradılması, istehsalı və tətbiqi yolu ilə ekoloji tarazlığın təmin edilməsi.

Şüarımız: - Bu günün rahatlığı, gələcəyə əminlik!

          «PLAST GROUP» şirkətinin məhsulları

          Təmizləyici qurğuların istehsalı və istismarı sahəsində əldə etdiyimiz çoxillik təcrübə əsasında «UNİLOS» adlı bir sıra rəqabət qabiliyyətli məhsullar istehsal edilmişdir:

·        İnteqral polipropilendən hazırlanmış «ASTRA», «SİKLON», «MEQA» seriyalı məişət-təsərrüfat sularının dərin bioloji təmizləmə stansiyaları;

·        Plastik və şüşə plastikdən hazırlanmış septiklər;

·        Polipropilen və şüşə plastikdən hazırlanmış, saniyədə 1-20 litr su emalı gücündə piy separatorları;

·        Plastik və şüşə plastikdən hazırlanmış geniş istifadə spektrli qablar;

·        Kanalizasiya nasos stansiyaları;

·        Yağış sularını təmizləmə qurğuları;

·        «UNIBAK» bioloji preparatları.

 

«UNİLOS», «ASTRA» və «SİKLON»

Emal üçün sutkada 1-30 m3 olan «ASTRA»«SİKLON»  dərin bioloji təmizləmə qurğuları kompakt, ucuz, az güclə işləyən qurğuların bazar seqmenti üçün nəzərdə tutulmuşlar.

Bu qurğuların köməyi ilə ayrıca yerləşən kotteclərdən, evlərdən, məktəblərdən, mehmanxanalardan, istirahət evlərinin restoranlarından, turist bazalarından, dağ-xizək kurortlarından, çay debarkaderlərindən məişət-təsərrüfat sularının təmizlənərək kənarlaşdırılması mümkündür.

«ASTRA», «SİKLON» stansiyalarının əsas üstünlükləri:

·        Yüksək təmizləmə dərəcəsi (98%-ə qədər) təmizlənmiş çirkab suların bilavasitə  relyefə kənarlaşdırılmasına imkan yaradır;

·        Fərdi olaraq seçilmiş əlavə təmizləyici blok (zərərsizləşdirmə sistemi ilə birlikdə);

·        Bütün təmizləmə mərhələlərində əlverişlik və məqbul nəzarət, xidmətdə asanlıq;

·        Səmərəli texnologiyaların tətbiqi enerji sərfiyatını minimuma endirir ki, bu da istismar xərclərinin azalmasına gətirib çıxarır;

·        Mexaniki qovşaqların sayı minimuma endirilmişdir ki, bu da öz növbəsində sistemin istismar etibarlılığını artırır;

·        İş rejimlərinin avtomatik tənzimlənməsi, qəza siqnalizasiyası;

·        Aktiv lil qalıqlarının aerob sabitləşdirilməsi (aktiv lil komposterləşdirildikdən sonra torpaqda gübrə kimi istifadə olunur);

·        Korpusun yüksək hermetiklik dərəcəsi və korroziyaya qarşı dayanıqlığı;

·        Qurğuların yığcamlığı və az çəkisi quraşdırma işləri ilə xərclərə və minimal müddətlərə qənaət imkan verir;

·        Korpusun istilik izolyasiyası və qapaqların buxar keçirməməzliyi qış dövründə təmizləmə keyfiyyətinin azalmasının qarşısını alır;

·        Yerüstü hissənin estetikliyi və ümumi görünüşün erqonomikliyi;

·        Uzunmüddətli istismar (50 ildən çox) və ekoloji təhlükəsizlik.